Əlireza Əsgərzadə
Dr. Zehtabinin olümünün onuncu il dönümü munasibeti ilə
Düşüb xiyalıma ol quş
Dr. Zehtabinin olümünün onuncu il dönümü munasibeti ilə
Düşüb xiyalıma ol quş
Uçuş havası başımda
Ürəkdə qurtuluş eşqi
Yaşıl qələmdi saçımda
Heyyyyyyy..............
Qanad çalıb uça bilsəm
Şəbistərə çatabilsəm
Canımdaki alovuuuuu...
Savalana qoşabilsəm
Heyyyyyyy..............
Səhəndə bir çıxa bilsəm
Arazla bir coşsa bilsəm
Şəbistərə gedə bilsəm ...
Heyyyyyy....
Nida gəlir Savalandan:
Uçuş yasaqdı bu yerdə
Eşit bu ğəmli harayı
Uçuş yasaqdı quşa
Burda uçma fikri haramdı
Baxırsan həryana yasdı
Dumandı dağdı vətəndi
Qalan nəvarsa qələmdi
Yaziyla şe`rdi sözdü
Pıçaqdı güllədi ğəmdi
Şəbistərin ölüb oğlu
Dili kəsilmişdi
Şəbistərin dayanıb qəlbi
Basıbdı bağrına oğlun
Şəbistərin beli sınmış
Boyu bükülmüşdur
Böyük dağın ətəyində
Nağıl deyir Dədə Qorqut
Saz əldə göz savalanda
Düşür minarələrə səs
Düşür denizlərə ormanlara çaya aya dağa qulağa
Denə denə Dede Qorqut
Denən nə fırtına qopdu
Nə od verildi bu yurdun
Kökü denə necə yandı
Denə denə Dede Qorqut:
Uçuş yasaqdı bu yerdə
Eşit bu ğəmli harayı
Uçuş yasaqdı quşa
Burda uçma fikri haramdı
Dədəm oxur Dədə Qorqut deyir dədəm çığırır:
Batıbdı qanə Şəbistər
Haray haray ahay ay hay...
Batıbdı qanə Şəbistər
Çırağları geçmiş
Səsi boğulmuşdur
Aman aman ay aman dad...
Uçuş haramdı bu yerdə
Göz işlədikcə tabutdu
Kəfəndi qəmçidi oxdu
Qəbirdi nə`şdi qandı
Qəbirqazandı dumandı
Hələbdi sankı yanır Şamda
Nəsiminin şe`rinin şö`ləsilə odlanmış
Nəsiminin qanıdır bax...
Axır gedir eləbil ki bizim o ğəmli Arazdı
Süzür coşur dağılır yandırır yaxır kül edir
Yazardı ovçudu şe`rdi
Hələbdi Şamdı safaqdı
Vətəndə qaşdı qaralmış
Çiçəkdi lalədi sözdü
Bilək-kəsəndi
Qələm-sındırandı
Şe`r-pozandı
Nəsimidi dayanıbdı ucunda qanlı Şamın
Qızıl qana boyanıb
Çağır çağır onu gəlsin
Çağır çağır Dədə Qorqut
Çağır Nəsimini gəlsin
Dədəm dədəm Dədə Qorqut
Səni o tanrı səni o dumanların gozünün qan yaşı seni o qələm
Dut əllərin bu Nəsimi
Biləkləri kəsilibdir
Yaralıdır ürəyi
Bütün canı əzilibdir
Babam babam Baba Heydər
Dayaq du...bax bu Nesimi
Nəfəsdi candı qələmdi
Butun kəfəndi vətəndi
Düşüb xiyalıma ol quş
Uçur uçur gedir aləmləri gəzir qayıdır
Qanad çalır boğazından axan
Günəşdi lalədi ulduzdu mahnıdı şe`rdi
Uçuş havasıdı başda
Qabaqda amma duran
Qan-tökəndi nizədi cəlladdı ovçudu oxdu
Yanır yanır ürəyi odlanır bu sevdadən:
Uçuş yasaqdı bu yerdə
Eşit bu ğəmli harayı
Uçuş yasaqdı quşa
Burda uçma fikri haramdı