۱۳۸۹ بهمن ۹, شنبه

Urmiyyə gölünün taleyi narahatlıq doğurur

http://www.bbc.co.uk/azeri/news/story/2011/01/110119_urmiyya.shtml
Urmiyyə

Urmiyyədəki adalardan birində monqol xanı dəfn edilib
İran Azərbaycanındakı, daha doğrusu İranın Qərbi Azərbaycan ostanındakı qədim Urmiyyə gölü sürətlə quruyur. Bu barədə həyəcan təbilini artıq bir müddətdir ki, ətraf mühit fəalları çalırlar
Dünyanın nadir ekosistemlərindən sayılan Urmiyyə gölü qorunmasını UNESCO İran hökumətinə tapşırıb.
Lakin illərdən bəridir ki, gölü qidalandıran çayların qarşısının bəndlərlə kəsilməsi bəzi məlumatlara görə onun maksimal dərinliyini 16 metrdən 4 metrə çatdırıb.
Bu, digər tərəfdən Urmiyyə gölünün həddən-ziyadə duzlaşması ilə müşayiət olunur. Hazırda Urmiyyə dünyanın ən duzlu göllərindən biri sayılır və buna görə də balıqların kökü demək olar ki, kəsilib.
Bu isə öz növbəsində köçəri quşların o cümlədən çəhrayı flaminqoların bu yerlərə gəlməsinin qarşısını ala bilər. Gölün yeganə canlı sakinləri xırda dəniz xərçəngləridir. Yaxın Şərqin ən böyük gölü olan Urmiyyə, ölçüsünə görə dünyanın iyirminci gölüdür.
Urmiyyə 1930-cu illərdə İran şahının şərəfinə Rezaye adlanırdı, lakin gölün siyasiləşməsi bundan daha əvvəllər başlanıb.
Onun adına ilk dəfə olaraq eramızdan əvvəl 9-ca əsrdə Akkad krallarının salnamələrində rast gəlinir.
Azərbaycanı işğal etmiş monqol xanı Xulaqunun da məzarı gölün onlarca adasından birindədir.
Hazırda isə Urmiyyə Cənubi Azərbaycanın Babək dağı kimi, bu göl də ənənəvi etnik etirazlar məkanıdır.

هیچ نظری موجود نیست:

ارسال یک نظر

از اينكه نظرات خود را با رعايت ادب و احترام به ساير خوانندگان وبلاگ مي نويسيد متشكرم