Səməd
Vurğuna fərqli
yanaşmaların olduğu bəlli.
Kimsə onun iki şeirini əzbərləmiş
deyə sevgisi ola bilər. Kimsə milli birisi kimi tanıya bilər. kimsə də
Güney üçün şeir yazmış deyə
sevə bilər. Mənimsə
sevməmək üçün nədənlərim
var. Sevgisi olanların da nədənlərində
çəlişki( təzad) olduğunu düşünürəm
Şairmi? şeirmi!?
İlk öncə bu soru ilə
qarşı qarşıyayıq. Şeirimi sevmək
lazım imiş yoxsa şairi? Biz yaradıcı iləyaradıcılıq arasında olan sınırı bir çox zaman tanımış deyilik .Şeiri, şairi
üçün sevmək vəya şairi şeiri üçün sevmək , şeiri şairini sevmədiyimiz üçün bəyənməmək qədər
məntiqsizdir. Sevmədiyimiz birisinin gözəl şeiri ola bilərsə, demək
sevdiyimiz şeirin şairi də
sevilməyən birisi ola bilər. Bu qədər
şeir- şair qopmazlığı düşüncəsi
ilə yanaşmaq nəyimizə lazımdır!?
Nazim Hikmətin şeirini sevən
Nazimin özünü sevmək məcburiyyətindədirmi?
Vəya Nazimi sevmək bütün şeirlərini sevmək kimi bir durumla
qarşlaşdırmalıdırmı?
Sənət əsərinə müstəqil varlıq tanımayan düşüncə, əsəri
yaradıcısı ilə qopmaz
duruma gətirir. Bu da
yaradıcı və sənət əsəri üçün olumlu bir durum
yaratmayacağı ilk başdan bəlli.
Bizim bir çoxumuzun Səməd Vurğuna yanaşmasında da bu sorun vardır. Səməd Vurğunun hansısa şeirini sevmək, Səməd
Vurğuna vurğunluğa aparırsa demək
bizim üçün hələ vurğulaması gərəkən
önəmli qonular var. Şeir,
insanı özəllikdirsə, şaira aparan sevgi ilə sonuclanması məntiqli sayıla bilər. bir şəxsin şeirləri içindən min bir düşüncə üzə çıxa bilirsə
demək insanı özəllik deyil. Bəs nədir bu azğın sevda...
Səməd Vurğunun Güney Azərbaycanda 1946-ci ildə Milli Hökümət dağıldıqdan sonra yandırılan
Türkcə kitablara yazdığı
şeirinə baxarsaq Səməddən
bir milli, insansevər
fiqor ortaya çıxar, Al bayraq sevdasında yazdığı şeirlər fanatik bir komunistin şeirinə ideoloji basqınından başqa
bir şey deyil, Hüseyn Cavidin Sibriyə
göndərilərək öldürülməsinə sevinərək
yazdığı şeir isə Səməd Vurğundan bir qatil fiqorundan artıq bir fiqor
üzə çıxarmır. Bu
qarğaşanın içində
yaradıcıya sevgi axtaranlar, məncə qaranlıqda boş bir axtarışa
çıxmışlar. Təbii, insan
düşüncəsindəki qurğularının yıxılmasında
dirənər. Səməd
Vurğun kimilərə olan sevginin zədələnməsinin qarşısında olan dirəniş də bu təvəhhümün yıxılmamasına
çalışmaqdır.
Çəlişkili
Görüş
Güney Azərbaycanda milli düşüncəli bir çox insanın da Səməd
Vurğunun “Yandırılan Kitablar” şeirinə
görə Vurğunun özünə baxışları müsbətdir. Bu da Səməd Vurğunu milli birisi olaraq gördüklərindəndir. Baxmayaraq ki, həmən
şeirin də son bəndində Al Bayraq unudulmur:
“Sür atını, dördnala çap! Meydan sənindir... Ancaq;
Mən
görürəm al geyinib gələn bahar fəslini...
Qoca Şərqin günəşidir
yarandığım bu torpaq,
Mən
yetirdim al bayraqlı inqilablar nəslini,
Mən
görürəm al geyinib gələn bahar fəslini”...
Məncə Güney Azərbaycanlıların bu yanaşmada
ciddi bir çəlişki var.
Bir tərəfdən M.Ə. Rəsuzadənin düşüncə yolunun davamçısı olaraq
özümüzü hesab edib, başqa tərəfdən də
onlara daim kəsilmiş və onların fiziki olaraq belə yox edilməsində belə
rol oynamış insanların şeirlərinə deyil, özlərinə vurğunluq gözü bağlılıqdır. İnsanların tarixə baxışı üçün bir bucaqları
olmalıdır. “Tarixdə kim
bizdən olmuşsa yaxşıdır”
yanaşması, tarix yanaşmaqda görüşsüzlükdür.
Səməd Vurğun, 1945-ci ildə Güney Azərbaycanda yaranan höküməti, milli bir hökümət olduğu üçün savunmurdu, o
ancaq çiynində daşığı “Al
Bayrak”la bu işi görə bilərdi. Milli birisi idisə Quzeydəki milli insanların öldürülməsində bu qədər özünü oda suya vurmazdı. Səməd Vurğun Quzey Azərbaycanda
milli insanların, aydınların öldürülməsinfə təkcə
susmamışdı, bəlkə qatil nifrəti ilə şeir adlandırdığı bu boş sözləri də yazmışdı:
Səməd Vurğun
Hüseyn Cavidə
Sən
ey böyük günlərin adına
böhtan atan,
Vətəninə, xalqına xain çıxan şarlatan!
“Gözəllik
aşıqiyəm” deyən deilmidin, sən?
Ömründə bir yaxşılıq gəlməmişdi əlindən.
Millətçilər adına dedi böyük sənətkar,
Gəlin
düz araşdıraq, sənin sənətinmi var?
Sən
Həmidi qoltuğa vurub gəzməyə
getdin,
Hərədən bir tük çəkib,
kosuna saqqal etdin.
Azərbaycan
şairi olsa da qorxaq adın,
Sultanların, şahların sinəsini yaladın.
Utanmadın Vaqifin, Füzulinin üzündən
...................................................................
O murdar arzuların torpaqlara
gömüldü,
Sənin
yaratdıqların özündən əvvəlöldü.
Səməd Vurğun qırmızı terrorun dəstəkçisidir. Buna göz yummaq istəyənlər
qəddarcasına Sibirdə öldürülən aydınlarımıza qarşı
haqsızlığa səssiz qala
bilən ruhlardır məncə.
Necə
olur milli hökümətin dönəmində basılan Türkcə
kitabların yandırılmasının dərdini
çəkən Səməd
Vurğun, bir aydın millətçi
nəslinin öldürülməsindən sevinci yerə
göyə sığmır? Biz, Səməd Vurğunun Al Bayraqla bitərək
bizim milli höküməti
komunizmə bağlayan şeirinə möhtacıqmı? Özünü milli
düşüncəli adlandıran
insan bu olaylara baxışında nədən belə susqun qonumda yerləşir? Bizim keçmişə
olan baxışımızda bir qonumumuz olmamalıdırmı?
Mənim
Səməd Vurğuna baxışım onun
komunist olduğu üçün deyil, davranışında insanlığa qarşı olduğu üçündür. Fərqli düşünən insanın həzfinə qalxışan doqmatist düşüncə yiyəsi
olan insanın yerinin çox bəyənilən bir yer olmayacağını bəlkə
Səməd Vurğun özü də anlayacaq zəkaya sahib imiş.
Bütün bunlara görə də şeiri şairə
görə, şairi isə şeirə görə
dəyərləndirməmək lazım. Hər şeir özülüyündə söz qonusu ola bilər. Bunlar bir- birindən fərqli varlıqlardır.