| İran - İRAN NİYƏ URMİYƏ GÖLÜ... | 
  İran dövlətinin Güney Azərbaycanla  düşmənçiliyi yalnız 1979’dan deyil    bəlkə də bu düşmənçiliyin tarixi daha əskilərə gedib çıxır.  Pəhləvilərin 1925’də iqtidara gəlmələri, Fars milliyətçilərinin Güney  Azəbaycan başta olmaqla bütöv Türklərə qarşı çıxdıqlarını və onları  farslaştırma politikalarının sürət tapdığını göstərir.
Pəhləvilərin iqtidarında Azərbaycanlılara qarşı asimilasyon politikaları yeridildi və oradaki hərəkatlar qanlı biçimdə bastırıldı. Xiyabanı ve Pişəvəri hərəkatları bu dönəmdə oldu və 10 minlərcə Azərbaycanlı Pəhləvilərin əliylə öldürüldü.

  1979 inqilabından sonra Azərbaycanlılar İrandan haqlarını alacaqlarını  fikirləşirdilər amma İran və İraq savaşı İrandakı inqilabın mahiyyətinin  tanınmasını geciktirdi. Qardaşlıq şüarlarıyla başlayıb nəticələnən İran  inqilabı, Farsçılıq ve şiəçilik ideologiyasına dönüşdürüldü və İran  İslam Cümhuriyətinin Azərbaycanlılara düşmənlikdə Pəhləvilərlə heç fərqi  olmadığını göstərdi.
    Türk dili , Türkcə adlar və Türkü simvol edən hər şey qadağan oldu və  bu qadağanlar günümüzə qədər davam edir. Urmiyə gölünün qurudulması  farsçılıq fikrinin hökümran olduğu İran dövlətinin Güney Azərbaycanı  kökündən məhv etmək üçün son planlarıdır. Təbii ki, bu plan tutarsa 15  milyon Azərbaycanlı özbəöz torpaqlarından köç edəcəklər və torpaqlar  Güney Azərbaycan  Türklərindən boşalacaqdır.
  Urmiyə gölünün qurudulması son  3-4 ilin planı deyi. Bəlkə İran dövləti  Aral gölünü örnək alaraq 1990-lardan yəni Rəfsəncani zamanından bu gölə  əsassız su ambarları vurmaqla gölün su qaynaqlarını kəsiblər və  qurudulmasını təmin ediblər. Müşahidələr görə , gölün 60 %-i  quruyubdur.Amma bu 60 % suyun torpaqlardan çəkilməsidir. 11 il əvvəl  gölün ən dərin yeri 16 metr idi.Amma bugün isə ən dərin nöqtəsi 2  metrdir. Yəni Urmiyə gölünün suyunun 75%-i azalıbdır və bölgə duzlu çölə  dönüşəcəkdir.  Güney Azərbaycanlılar yaxşı başa düşüblər ki, gölün yox olması Güney  Azərbaycanın sonu deməkdir. Onun üçün mədəni yollarla öz etirazlarını  bildiriblər və bəlkə də Yaxın Şərqdə birinci dəfədir ki, təbiəti qorumaq  üçün belə aksiyalar təşkil edilir. İlk və ikinci etiraz aksiyaları  mayın 2-si (Novruzun 13-cü günü) Təbriz və Urmiyədə gerçəkləşib. Və bu  aksiyalar İran qüvvələri tərəfindən şiddətlə basdırıldı və 150 nəfərdən  çox insan həbs edildi.
İran dövlətinin gölün qurumasına əhəmiyyət verməməsi 16 avqust 2011 tarixində məclisin gölün qurumaması üçün verilən layihəyə rədd cavabı ilə ortaya çıxdı.Və hətta bir fars kökənli millət vəkili o gün dedi ki : “Qoyun göl qurusun və Azərbaycanlılar o bölgədən başqa yerlərə getsinlər.”

  İran məclisinin layihəyə rədd cavabı və millət vəkilinin o sözləri Güney  Azərbaycanlıları ayağa qaldırdı və oradakı milli fəallar,ziyalılar  nəticə alana qədər dinc aksiya keçirtmək qərarına gəldilər. Ona görə də  hər həftə Təbriz və Urmiyə başda olmaqla Güney Azərbaycanın hər yerində  dinc aksiyalar başlandı. Və bu etirazlar 3 yolla – internet, Traxtur  futbol komandasının matçları ilə və dinc aksiyalarla yayıldı.  Aksiyalardan bu nəticəyə gəlmək olar ki, Azərbaycanlılar arasında fərqli  düşüncə tərzləri olsa da milli məsələlərdə birlik olmağı bacarırlar. 
   Çayların önünün gərəksiz yerə kəsilərək ən az 14 ədəd su ambarının  tikilmişdir ki,bunların heç birinin Güney Azərbaycana faydası yoxdur  amma tam tərsinə Ermənistan dövləti üçün faydası vardır.Çünki İran  Ermənistana o su ambarlarından qarşılıqsız elektrik verir.Necə ki illər  boyu onlara müftə qaz veribdir.
Gedişata baxdığımızda nə qədər də müsbət düşünmək istəsəniz də yenə də gölün bilərəkdən qurumasına dair dəlillər görünür. İran dövləti gölü qurumaqdan qurtarmaq istəməzsə dinc aksiyaların davamı gözlənilir və bu məsələ İranın bölgədəki prestiji üçün yaxşı deyil.Və məsələ İran sərhədlərini aşacaqdır.
Nədənsə göl ölüm saatlarını keçirdir.Və Güney Azərbaycanı atom bombası kimi bir 10 milyard tonluq duz tsunamisi gözləyir. Nəticə olaraq, bu çevrə fəlakəti yalnız İran torpaqları deyil,bölgədəki bəzi ölkələri də təhlükəyə salacaqdır. İrandan sonra (Güney Azərbaycan torpaqları) Türkiyə, İraq və Şimali Azərbaycan zərər görən ölkələr arasında yer almaqdadır. İran bu fəlakətə nə qədər önəm verməzsə, adı keçən ölkələrin tez tərpənməsi lazımdır. Çünki Urmiyə gölünün quruyarsa və Güney Azərbaycan öz yerli xalqından boşalarsa üç ciddi təhlükə bölgəni çarpacaq :

  1. Bölgədəki ekosistem dəyişəcək və bölgə böyük çölə dönüşəcək.Həmçinin  milyonlarca insan İranın mərkəzi qismi daxil Türkiyə və Şimali  Azərbaycana köç edəcəklər. Təbii ki, onlara da yer, iş və s. lazım  olacaq.
2. Azərbaycan və Türkiyə sərhədlərində Güney Azərbaycanlı Türklər köç məcburiyətində qalarlarsa, başqa etnik qrupları bu torpaqlara yerləşdirəcəklər. Və bu məsələ bu ölkələrin daxili güvənliyini təhlükə altına salacaqdır.
3. Aral gölünü örnək alarsaq dəri və iç xəstəliklər bölgədə ciddi şəkildə yayılacaq .
  
Yuxarıdakı təhlükələrə bir məsələni əlavə etməliyik.Və o budur ki, milyonlarca insanın öz torpaqlarından köçürdülməsi bölgədəki dövlətləri tarix məhkəməsi önündə məhkum edəcəkdir.
İran dövlətinin su ambarlarını açıb ölüm halında olan gölü qurtarmağı labüddür. Yoxsa bunun sonu yalnız Güney Azərbaycan milləti deyil, bölgədəki 4 dövlətdə yaşayan 200 milyona yaxın insana mənfi şəkildə təsirini göstərəcək.

    Kərim ƏSGƏRİ (Karim ASGHARİ) – KAFKASSAM İRAN MASA BAŞQANI